Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dama üzrə şəhər turniri keçirilib. Turnirdə 68 idmançı mübarizə aparıb. Yarışın yekun nəticəsinə görə, Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin komandası turnirin qalibi olub. 14 və 12 nömrəli tam orta məktəblərin komandaları isə ikinci, üçüncü yerləri bölüşüblər. Turnirdə fəxri yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin diplomları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti