22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun lideri “Araz-Naxçıvan” futbol komandası bu gün növbəti görüşünə çıxacaq. 28-ci turda komandamız “Şəmkir”in qonağı olacaq. Ən yaxın izləyicisini bir oyun fərqi ilə 12 xal qabaqlayan muxtar respublika təmsilçisi çempionluğunu qərb bölgəsində elan etməyə yaxındır. Bunun üçün Naxçıvan təmsilçisinə bir xal da kifayət edir.
Yevlaxda “Karvan”ı məğlub etdikdən sonra Şəmkirə yollanan komandamız burdakı Olimpiya-İdman Kompleksində məskunlaşıb. Oyun bu gün bu kompleksin stadionunda keçiriləcək. Komandamız bu görüşə ciddi hazırlaşıb. Əsgər Abdullayevin yetirmələri oyunun böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırlar və qələbə üçün əllərindən gələni etməyə hazırdılar. “Araz-Naxçıvan”ın heyətində Bəxtiyar Soltanov istisna olmaqla, cəzalı və zədəli futbolçu yoxdur. Meydan sahibləri isə bu oyuna itki ilə çıxacaqlar. Belə ki, ötən tur qırmızı vərəqə ilə cəzalanan Ramil Sadiqov üzləşdiyi cəzaya görə mövsümü vaxtından əvvəl başa vurmalı olub.
“Şəmkir”-“Araz-Naxçıvan” matçının hakimləri də artıq bəllidir. Oyunda əsas referi kimi Ziya Nəsirov fit çalacaq. Ona meydanda Azad Hüseynov və Müslüm Əliyev yardımçı olacaqlar. 4-cü hakim funksiyasını isə Emin Nağıbəyov yerinə yetirəcək.
Qeyd edək ki, görüş bu gün saat 1600-da Şəmkir Şəhər Olimpiya-İdman Kompleksinin stadionunda keçiriləcək.   

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR