Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayon ümumtəhsil məktəbləri arasında keçirilən şahmat yarışının üçüncü zona yarışı keçirilib.
Yarışda Didivar, Şıxmahmud, Xəlilli kənd, Cəhri kənd 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Yarışda birinci yerə Cəhri kənd 1 nömrəli, ikinci yerə Cəhri kənd 2 nömrəli tam orta məktəblərin şahmatçıları çıxıblar. Üçüncü yeri isə Didivar kənd tam orta məktəbinin şagirdləri tutublar.
Məlumat üçün deyək ki, qaliblər may ayının 5-də Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Sona MİRZƏYEVA