Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin qalibi olmuş Şərur komandası respublika birinciliyində də mükafatçılar arasında yer almağı bacarıb. Belə ki, ötən həftə Mingəçevir şəhərində keçirilən Azərbaycan çempionatında uğurla çıxış edən məktəblilərimiz turniri üçüncü pillədə başa vurublar. Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Mingəçevirdə təşkil olunan birincilikdə hamını təəccübləndirməyə müvəffəq olublar.
Bununla, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Azərbaycan çempionatının üçüncüsü olan komandamız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və kubokla təltif edilib.
Ceyhun MƏMMƏDOV