Yüngül atletika üzrə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şəhər birinciliyinə yekun vurulub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və “Rabitəçi” idman klubunun birgə təşkil etdiyi birincilikdə 17 məktəbin şagirdləri qüvvələrini sınayıblar. Qızlar və oğlanlardan ibarət olan komandalar 6 nəfərdən təşkil olunub və onlar birincilik uğrunda müəyyən edilmiş məsafələri hamıdan tez qaçmağa çalışıblar. Ümumilikdə, 100-ə yaxın gənc atletin mübarizə apardığı birincilik reqlamentə əsasən, 100, 200 və 400 metr məsafələrə qaçış üzrə təşkil olunub. Naxçıvan şəhərindəki 9 nömrəli tam orta məktəbin şagirdləri hamıdan tez finiş xəttinə çataraq turnirin qalibi adını qazanıblar. Yarışı 3 nömrəli tam orta məktəbin komandası ikinci, 16 nömrəli tam orta məktəbin komandası isə üçüncü başa vurub.
Xəbərlər şöbəsi