22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin final mərhələsinə yekun vurulub.
Şərur, Sədərək, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonları və Naxçıvan şəhər məktəblilərinin mübarizə apardığı yarışda hər komanda 5 nəfərdən ibarət heyət formalaşdırıb. Birincilik uğrunda mübarizədə məktəblilər yarışın reqlamentinə əsasən, 6 növdə qüvvələrini sınayıblar. İlk olaraq, onlar 100 metr məsafəyə qaçmaqda sürətlərini nümayiş etdiriblərsə, 2000 metrdə daha çox onların dözümlülüyü yoxlanılıb. Digər növlərdə isə məktəbli gənclər daha çox fiziki güclərinə bel bağlayıblar. Əvvəlcə turnikdə dartınan yarış iştirakçıları ardınca idman nərdivanını keçmə və paralel qollarda qolların bükülüb-açılması mərhələsində komandalarına xal qazandırmağa çalışıblar. Son olaraq, qumbaraatma mərhələsini də uğurla başa vuran iştirakçılar birinciliyin qalibinə şahidlik ediblər. Belə ki, cari ildə “Vətənin müdafiəsinə hazı­r­am” poliatlon çoxnövçülük üzrə birinciliyin final mərhələsinin qalibi Şərur komandası olub. Komanda bu gün Mingəçevir şəhərində keçiriləcək Azərbaycan çempionatında Naxçıvan Muxtar Respublikasını təmsil edəcəkdir.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR