22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında voleybol yarışı keçirilib. Yarış başlanmazdan əvvəl universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədr  müavini Aydın Mirzəyev çıxışlarında bildiriblər ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da öz bəhrəsini verməkdədir. Çıxış edənlər bölgədə gənclərə və idmana göstərilən dövlət qayğısından, idman sahəsində qazanılan uğurlardan, idmanın kütləviliyinin təmin olunması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili kimi zəruri məsələlərdən də danışıblar.
Sonra voleybol yarışına start verilib. Culfa rayonunun və Naxçıvan Dövlət Universitetinin oğlanlardan ibarət voleybol komandaları arasında keçən gərgin yarış 3:1 hesabı ilə Naxçıvan Dövlət Universiteti komandasının qələbəsi ilə başa çatıb. Oyunun sonunda iştirakçılara hədiyyələr təqdim edilib.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR