Ötən həftə Balakən Rayon Olimpiya-İdman Kompleksində məktəblilərin IX respublika oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə yarış keçirilib. Turnirdə Naxçıvan Muxtar Respublikasının da komandası iştirak edib. Güləşçilərimizdən 35 kiloqram çəkidə mübarizə aparan Sənan Zeynalov finala qədər yüksəlsə də, həlledici görüşdə gümüş medalla kifayətlənib. 53 kiloqram çəki dərəcəsində öz qüvvəsini sınayan Alı Məmmədov isə yarışda üçüncü yerə çıxaraq adını mükafatçılar sırasına yazdırıb. Digər idmançılarımızdan 70 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan Seyran Hüseynli və 73 kiloqram çəki dərəcəsində yarışan Sərxan Əliyev də üçüncü yerlərlə kifayətlənərək bürünc medala sahib çıxıblar.
Ceyhun MƏMMƏDOV