22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun 24-cü turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası doğma azarkeşləri önündə “Neftçala” futbol komandasını qəbul edəcək. Hazır­da çempionata liderlik edən qırmızı-ağlar üçün bu matç böyük əhəmiyyət kəsb edir. Belə ki, muxtar respublika təmsilçisinin turnir cədvəlindəki ən yaxın izləyicisi məhz Neftçala klubudur. Rəqibini 9 xal qabaqlayan “Araz-Naxçıvan” bu görüşdə qalib gəldiyi təqdirdə çempionluğunu, demək olar ki, böyük ölçüdə sığortalamış olacaq.
“Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayevi matç öncəsi düşündürən məqam müdafiəçi Ruslan Zamanovun ötən tur “Qaradağ Lökbatan”la oyunda cari mövsümdə dördüncü sarı vərəqə alaraq cəzalı duruma düşməsidir. Bununla yanaşı, qırmızı-ağların heyətində zədəli futbolçunun olma­ması oyuna daha ciddi hazır­laşmağa zəmin yaradıb. “Neftçala” ilə oyunun hazırlıqlarına gəlincə, komandamız gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.
Rəqib komandanın muxtar respublikaya bu gün gələcəyi gözlənilir. “Neftçala”nın heyətində ən böyük itki isə hücumçu Aqşin Həşimovun cəzalı olmasıdır.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Neftçala” görüşü aprelin 5-i, saat 1500-də Naxçıvan Muxtar Respublika Stadionunda olacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR