5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş karate-do üzrə Şərur rayon birinciliyi keçirilib. Şərur Olimpiya-İdman Kompleksində keçirilən birincilik başlanmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Muxtar respublika Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev, Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası ilə birgə təşkil etdiyi yarışda müxtəlif yaş qrupu və çəki dərəcələrində 80 idmançı mübarizə aparıb. Birinciliyin yekun nəticələrinə görə, öz yaş qruplarında Vüsal Sadiqov, Abdulla Əliyev, Oruc Kərimov, Əfsər Abbasov, Tayfun İsmayılov, Anar Nəbiyev, Azər Vəliyev, Sərxan Həsənli, Fərid Cəfərov və Rəşad Hüseynli yarışın qalibləri olublar. Komanda hesabında isə Düdəngə, Cəlilkənd və Çomaxtur kəndlərinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Sonda qalib idmançılara diplomlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti