“Araz-Naxçıvan” futbol komandası növbəti oyununu doğma arenada Gəncənin “Kəpəz” klubuna qarşı keçirəcək. Ötən mövsüm Premyer-Liqada mübarizə aparan gəncəlilər uğursuz çıxışdan sonra I diviziona yuvarlanıblar. Çempionatın ilk dövrəsində Nizami yurdunda keçirilən matçda muxtar respublika təmsilçisi minimal hesabla (0:1) rəqibini üstələmişdi.
Hazırlıqlara gəlincə, Əsgər Abdullayevin komandası bu görüşün hazırlıqlarını “Turan-T” ilə matçdan sonra ara vermədən davam etdirir. Ötən günə kimi gündə iki dəfə məşq prosesi keçən qırmızı-ağlar dünəndən etibarən məşqlərinin sayını birə endiriblər. 21 yaşlılardan ibarət millinin heyətinə dəvət olunan qapıçımız Emil Balayev isə bu gün düşərgəyə qoşulub və onun bu matçda da qapını qoruyacağı gözlənilir. Gəncə təmsilçisi Naxçıvana oyun günü gələcək.
Qeyd edək ki, “Araz-Naxçıvan”-“Kəpəz” oyunu martın 8-də keçiriləcək. Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək oyun saat 1500-də başlayacaq.
Ceyhun MƏMMƏDOV