Sədərək rayonunun Sədərək kəndindəki 1 nömrəli tam orta məktəbin idman zalında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası ilə birgə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə voleybol üzrə yoldaşlıq görüşü keçirib.
Sədərək rayon voleybolçuları ilə Şərur rayon təmsilçiləri arasında keçirilən yoldaşlıq görüşü 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Komandalara Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının hədiyyələri verilib.
Əlamətdar gün münasibətilə daha bir yarış Culfa rayon Bənəniyar kənd tam orta məktəbinin idman zalında olub. Burada 1996-2001-ci illər təvəllüdlü idmançılar arasında karate-do üzrə rayon birinciliyi keçirilib. Culfa Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkilatçılığı ilə keçirilən birincilikdə 50-yə yaxın idmançı iştirak edib.
Qaliblərə diplomlar verilib.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti