22 Dekabr 2024, Bazar

Naxçıvan Türk Liseyinin idman zalında “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin və Naxçıvan Türk Liseyinin komandaları arasında voleybol üzrə birincilik keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkil etdikləri yarışda Naxçıvan Türk Liseyinin komandası daxil olmaqla, 15 komanda mübarizə aparmışdır.
Yarışdan əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev və Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev çıxış edərək idmançılara uğurlar arzulamışlar. Olimpiya sistemi ilə keçirilmiş birincilikdə Naxçıvan şəhərindəki 6 nömrəli tam orta məktəbin komandası qalib olmuşdur. 15 və 9 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerləri tutmuşlar.
Sonda fəxri yerləri tutan komandalar və fərqlənən idmançılar təşkilatçıların hədiyyələri və diplomları ilə mükafatlandırılmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR