22 Dekabr 2024, Bazar

Ötən həftə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi daha bir turnir başa çatıb. MMA üzrə keçirilən yarışda muxtar respublika idmançıları İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin rinqində öz güclərini sınayıblar. İki gün davam edən muxtar respublika birinciliyi maraqlı anları ilə yadda qalıb. Belə bir turnirə ilk dəfə ev sahibliyi edən Naxçıvanda yarışa maraq olduqca çox olub.
Turnirin reqlamentinə gəlincə, 18 yaşadək gənclər 50, 55, 60 və 65 kiloqram çəki dərəcələrində rinqə çıxıblar. Bu çəkilərdə bütün rəqiblərini məğlub edən Polad Cəlil­ov, Mətin Ələsov, Elvin Salayev və Abbas Əsgərov ən yüksək pilləyə qalxıblar. Böyüklər arasında keçirilən döyüşlər isə daha kəskin mübarizə ilə yadda qalıb. Səkkiz çəki dərəcəsində Rəhman Quliyev (66 kiloqram), Fuad Nəsirov (68 kiloqram), Əli Muradov (70 kiloqram), Elmar Qasımov (75 kiloqram), Yadigar Budaqov (80 kiloqram), Xəyal Abdullayev (85 kiloqram),  Sənan Cabbarov (90 kiloqram) və Elnur Abdullayev (96 kiloqram) hamıdan güclü olduqlarını rinqdə sübut ediblər.
Sonda turnirin qalibləri diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR