Muxtar respublika gömrük orqanlarının əməkdaşları arasında ilk dəfə olaraq atıcılığın sporting idman növü üzrə turnir keçirilib. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunan yarışda 18 gömrükçü öz sərrastlığını nümayiş etdirib.
Gömrükçülərin fiziki sağlamlığını qorumaq, onlar arasında idmanın bu növünü təbliğ etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq, silahdan atış vərdişlərini təkmilləşdirmək və bu növdə ən güclü idmançıları müəyyənləşdirmək məqsədilə keçirilən turnir Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində təşkil olunub. Yarışda hər idmançı sıra ilə beş ayrı hədəfə iki atəş açıb.
Sonda ən yüksək nəticə iki idmançıda qeydə alındığından, onlar eyni qaydada hədəfləri təkrar nişan alıblar. Tətiklə hədəf arasında daha dəqiq olan Rəfael Əliyev (Naxçıvan Şəhər Gömrük İdarəsi) turnirin qalibi olub. Nurəddin Aslanov və Əsgər Qurbanov (Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi) ikinci, üçüncü yerləri bölüşüblər.
Qaliblər diplom və və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Xəbərlər şöbəsi