Fevralın 10-dan 18-dək Hövsan Olimpiya-İdman Kompleksində boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində naxçıvanlı dəri əlcək ustası Sərxan Əliyev qızıl medal qazanıb.
38 komandadan 250-yə yaxın boksçunun qalibiyyət uğrunda mübarizə apardığı yarışda həmyerlimiz Sərxan Əliyev 50 kiloqram çəki dərəcəsində bütün görüşlərdə inamlı qələbə qazanıb. Daha bir idmançımız, 80 kiloqram çəki dərəcəsində birincilik uğrunda mübarizə aparan Nihad Orucov isə yalnız final görüşündə məğlub olaraq gümüş medalla kifayətlənib. Naxçıvan boks məktəbinin yetirməsi olan, 75 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan Toğrul İsmayıllı isə bürünc medal qazanıb.
Xəbərlər şöbəsi