22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkil etdiyi mini-futbol turnirinə dünən yekun vurulub. Muxtar respublikanın bütün rayonlarının hər birindən bir, Naxçıvan şəhərindən isə 3 komandanın qatıldığı turnir olimpiya sistemi üzrə keçirilib. 10 komandanın mübarizə apardığı mini-turnirdə ilk olaraq 4 komanda 1/4 finala yüksəlmək üçün qarşılaşıb. Qalib gələn tərəf isə digər 6 komandaya qoşulub və birincilik uğrunda mübarizəyə start verilib. 1/4 finaldan uğurla adlayan “Araz-Naxçıvan-2” və Şərurun “Arpaçay” komandaları finalda iştirak etmək hüququ qazanıblar.

Final görüşü gözlənildiyindən də maraqlı keçib. Belə ki, hesabı oyunda Şərur təmsilçisi açsa da, “Araz-Naxçıvan-2”-nin futbolçuları tezliklə üstünlüyü ələ alıblar. “Status-kvo”nu bərpa etdikdən sonra hesabda önə keçən “Araz-Naxçıvan-2” bu üstünlüyünü sonadək qoruyub. Düzdür, oyunun gedişatında “Arpaçay” hesabı bərabərləşdirib. Di gəl ki, bir qədər təcrübə baxımından üstün olan “Araz-Naxçıvan-2” oyunu 6:4 hesablı qələbə ilə başa vurub.
Naxçıvan Muxtar Respubli­ka­sının 90 illik yu­bileyinə həsr olun­muş turnirin final matçından sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək son zamanlar muxtar respublikada futbola göstərilən qayğıdan danışıb.
Sonra mükafatlandırma mərasimi olub. İkinci pillənin sahibi “Arpaçay” komandasına diplom və qiymətli hədiyyələri gənclər və idman naziri Azad Cabbarov, qalib komandaya kubok, diplom və qiymətli mükafatları isə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim edib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR