Bu günlərdə Naxçıvan şəhərindəki Şahmat Mərkəzində muxtar respublikamızın yaranmasının 90 illiyi ilə əlaqədar 16 yaşadək məktəblilər arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışa 100-dən artıq idmançı qatılıb. İki qrupda 7 turdan ibarət olan birincilikdə idmançılar İsveçrə sistemi ilə yarışıblar. Birincilikdə oğlanlar və qızlar arasında Naxçıvan şəhər şahmatçıları Bəxtiyar İsmayılov, Sadiq Məmmədov, Pərviz Qasımov, Toğrul Əliyev, Fatimə İsmayılova, Ordubad rayon idmançısı Seyid Hüseyn və Babək rayon təmsilçisi Aynur Kətənova qalib olublar. Fəxri yerləri tutan şahmatçılar diplomlarla təltif ediliblər.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti