“Muxtariyyət ili” ilə əlaqədar Şahbuz rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi təşkil edilib. İsveçrə sistemi üzrə keçirilən yarışın qalibləri birinciliyə qatılan 22 şahmatçı arasında müəyyən olunublar. Yekun nəticəyə görə, Şahbuz Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Qəndab Cəfərli ən yüksək nəticəni göstərib. Məktəbin üzvlərindən Nuray Quluzadə ilə Mətləb Məhərrəmli isə ikinci və üçüncü yerləri bölüşüblər.
Şahbuz Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkil etdikləri yarışda fəxri yerləri tutan idmançılar təltif ediliblər.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti