Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun heyətində karyerasını davam etdirən dəri əlcək sahibimiz Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən boks üzrə hərbçilərin 58-ci Dünya Çempionatında mubarizə aparıb.
İlk dəfə olaraq belə böyük turnirdə 60 kiloqram çəki dərəcəsində rinqə çıxan idmançımız bürünc medal qazanıb. 8 gün davam edən mundialda Tayfur Əliyev yəmənli, braziliyalı və iranlı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Ancaq boksçumuz yüksək hərarəti olduğu üçün həkimlərin rəyinə əsasən rinqə çıxmaqdan imtina edib. Nəticədə, texniki məğlubiyyət alan idmançımız dünya çempionatında bürünc medal qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Ceyhun MƏMMƏDOV