04 May 2024, Şənbə

Bakı şəhərində uşu idman növü üzrə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş klublararası respublika turniri keçirilib. Yarışda Naxçıvan Kikboksinq Federasiyasının idmançıları da iştirak edib. Məşqçi Kəmaləddin Rzayevin rəhbərliyi altında yarışa yeddi idmançımız qatılıb. Onlardan 6-sı mükafatçılar sırasına düşməyi bacarıb.
Təmsilçilərimizdən Fərişad Süleymanlı (14 yaş, 45 kiloqram), Məmməd Məhəmmədov (13 yaş, 47 kiloqram), Enes Babayev (11 yaş, 20 kiloqram) və Əli Nəsurullayev (11 yaş, 30 kiloqram) müvafiq çəki və yaş kateqoriyaları üzrə 1-ci olublar. Turqay Həsənov (2008, 42 kiloqram) və İsməddin Rzayev (2011, 39 kiloqram) yarışı ikinci sırada yekunlaşdırıblar. Bu nəticələrlə Naxçıvan komandası turniri 4 qızıl və 2 gümüş medalla tamamlayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR