03 May 2024, Cümə

Bakı şəhərində pauerliftinq, deadlift və benç press üzrə kişilər və qadınlar arasında açıq Azərbaycan çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Pauerliftinq Federasiyası tərəfindən birgə təşkil olunan yarış 17-19 sentyabr tarixlərini əhatə edib.
Muxtar respublika idmançısı, milli komandanın üzvü Əli Əsgərov benç press növündə uğurlu nəticəyə imza atıb. Belə ki, təmsilçimiz 215 kiloqramlıq ağırlığın öhdəsindən gələrək öz çəki dərəcəsində (90 kiloqram) birinci yerə sahib çıxıb. Digər təmsilçimiz Turan Qədimli (75 kiloqram) də mükafatçılar sırasına düşüb. O, benç press yarışında 160 kiloqramlıq nəticə ilə 2-ci olub. İlk üçlükdəki idmançılara diplom, kubok və medal təqdim edilib.
Qeyd edək ki, Əli Əsgərov dekabr ayında Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR