29 Mart 2024, Cümə

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb. Naxçıvan Kikboksinq Federasiyası ilə Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunan birinciliyə “Naxçıvan-1”, “Naxçıvan-2”, “Kəngərli”, “Odlar yurdu” və “Turan” döyüş klublarından, ümumilikdə, 110 idmançı qatılıb. Görüşlər 3 yaş kateqoriyasında 22 çəki dərəcəsi üzrə keçirilib.

Olimpiya sisteminə əsasən qaliblərin müəyyən olunduğu yarışda 8-9 yaş qrupu üzrə Məhəmməd Qasımov (20 kiloqram, “Turan” döyüş klubu), Rauf Hacızadə (22 kiloqram, “Turan” döyüş klubu), Yusif Sadiqov (24 kiloqram, “Turan” döyüş klubu), Eldar Novruzov (26 kiloqram, “Turan” döyüş klubu), Tunar Abdullayev (28 kiloqram, “Turan” döyüş klubu), Yaqub Hacıyev (30 kiloqram, “Turan” döyüş klubu), Rəsul Əsgərov (32 kiloqram, “Turan” döyüş klubu) qalib olublar.
10-11 yaşlılar arasında Ramil Əliyev (26 kiloqram, “Turan” döyüş klubu), Onur Əliyev (28 kiloqram, “Turan” döyüş klubu), Əli Nəsrullayev (32 kiloqram, Kəngərli), Etibar Allahverdiyev (34 kiloqram, “Turan” döyüş klubu), Şahmərdan Vəli (37 kiloqram, “Turan” döyüş klubu), Əbülfəz Cəfərov (40 kiloqram, “Turan” döyüş klubu), Vaqif Quliyev (43 kiloqram, “Turan” döyüş klubu) ilk sırada qərarlaşıblar.
12-13 yaşlıların mübarizəsində isə Fərid Orucov (32 kiloqram, “Turan” döyüş klubu), Sərdar Qurbanov (35 kiloqram, “Turan” döyüş klubu), Səid Abbaslı (38 kiloqram, “Turan” döyüş klubu), Oğuz Məmmədli (42 kiloqram, “Turan” döyüş klubu), Sadiq Kərimov (45 kiloqram, “Turan” döyüş klubu), İsmayıl Hüseynzadə (48 kiloqram, “Turan” döyüş klubu), Hüseyn Zamanlı (50 kiloqram, “Turan” döyüş klubu) və Məhəmmədəli Qasımov (50+ kiloqram, “Turan” döyüş klubu) rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsinə qalxıblar.
Komanda hesabında “Turan” döyüş klubu 1-ci olub. “Kəngərli” komandası 2-ci, “Naxçıvan-2” isə 3-cü sırada qərarlaşıb. İlk üçlükdəki idmançılara diplom və medallar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR