12 avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı təsdiq edilən tədbirlər planına uyğun olaraq şahmatı tədris edən gənc müəllimlər arasında muxtar respublika birinciliyi keçirilib. Əlamətdar günün qeyd olunması, şahmat oyununa marağın artırılması və bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə keçirilən yarışda 38 müəllim iştirak edib. İsveçrə sistemi üzrə 7 turdan ibarət mübarizənin yekununda qaliblər bəlli olub.
Kişilər arasında ən yaxşı göstəriciyə nail olan Tural Zeynalov birinci yerə layiq görülüb. Əli Məmmədov ikinci, Əli Hüseynzadə isə üçüncü olub. Qadınlar arasında Könül Həşimova birinci olub. Xədicə Sadiqova ilə Fəridə Şükürova müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Gənclər və İdman, Təhsil nazirlikləri və Şahmat Federasiyası tərəfindən birgə təşkil olunan yarışın sonunda ilk üçlükdəki iştirakçılara diplom təqdim edilib.