18 Aprel 2024, Cümə axşamı

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Kəngərli rayonunun idmançıları da mübarizə aparıblar.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 27 çəki dərəcəsində 60-a yaxın dəri əlcək sahibi qüvvəsini sınayıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə Elmurad Kərimli (24 kiloqram, Naxçıvan), Safələddin Əhmədli (26 kiloqram, Kəngərli), Sunay Adıgözəlli (28 kiloqram, Naxçıvan), Sahil Orucov (30 kiloqram, Kəngərli), Rəhim Süleymanov (32 kiloqram, Naxçıvan), Turqut Süleymanov (34 kiloqram, Naxçıvan), Miryusif Seyidli (36 kiloqram, Kəngərli), Ramiq Nəcəfli (38 kiloqram, Kəngərli), Haqverdi Həsənov (40 kiloqram, Naxçıvan), Sənan Muxtarov (41 kiloqram, Naxçıvan), Tural Rzayev (42 kiloqram, Kəngərli), Elnur Babayev (43 kiloqram, Naxçıvan), Abbas Babayev (43,5 kiloqram, Naxçıvan), Ucar Musayev (44 kiloqram, Kəngərli), Elay Hüseynbəyli (44,5 kiloqram, Naxçıvan), Ümid Rəhimli (46 kiloqram, Naxçıvan), Əlövsət Novruzov (47 kiloqram, Naxçıvan), Sinan Əbilov (48 kiloqram, Kəngərli), İlham Əliyev (49 kiloqram, Naxçıvan), Ayxan Heydərov (50 kiloqram, Naxçıvan), Musa Rəhimli (52 kiloqram, Naxçıvan), Elgün Quliyev (52,5 kiloqram, Naxçıvan), Cabbar Əliyev (54 kiloqram, Naxçıvan), Nurlan Quliyev (57 kiloqram, Naxçıvan), Əli Abdullazadə (63 kiloqram, Naxçıvan), Əfrəsiyyət Həsənov (70 kiloqram, Naxçıvan) və Hüseyn Novruzov (75 kiloqram, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR