Serbiyanın Voyevodina muxtar vilayətində şahmat üzrə beynəlxalq açıq çempionat təşkil olunub. 6 gün davam edən “XI Open International Championship of Vojvodina – 2021” yarışına 14 ölkədən, ümumilikdə, 140 idmançı qatılıb. Çempionatın görüşləri iki qrupda oynanılıb. Naxçıvan Şahmat Federasiyasının idmançısı Rza Həsənov 81 iştirakçının qərarlaşdığı “B” qrupunda mübarizə aparıb. Ölkəmizi bu qrupda təmsil edən yeganə şahmatçı 8 görüşdən 5,5 xal (5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət) toplayıb. Bu nəticə ilə 14 yaşlı şahmatçılar arasında 2-ci olan Rza, reytinq əmsalını da 137 xal artırıb.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti