22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkilatçılığı ilə muxtar respublikamızda Azərbaycan Milli Karate Federasiyası tərəfindən hakimlik seminarı keçirilib.
Milli Karate Federasiyanın Hakimlər Komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi, beynəlxalq hakim Vüqar Kərimovun asissentliyi ilə iki gün davam edən nəzəri və praktiki seminarda 20-dən artıq yerli hakim iştirak edib. Dərəcəsini artıran 6 hakimə - Nəriman Quliyev (II dərəcə), Vüsal Allahverdiyev, Murtuz Abdullayev, Mirpaşa Kərimov, Qələndər Binyətli və İlkin Şirinova (hər biri III dərəcə) müvafiq sertifikatlar təqdim edilib.

Cahangir Babayev həmçinin, iyulun əvvəli Xorvatiyada təşkil olunacaq karate üzrə gənclərin Dünya Kubokuna yollanacaq Naxçıvan karateçilərinin hazırlıq məşqlərində iştirak edərək onları yarış qaydaları ilə bağlı məlumatlandırıb və əlavə tövsiyyələrini verib.
Qeyd edək ki, muxtar respublika idmanında müvafiq sahələr üzrə peşəkar kadr ehtiyatının zənginləşdirilməsi, yerli məşqçi və idmançıların təcrübə artımı məqsədilə hər il müxtəlif seminar, kurs və təlim-məşq toplanışları təşkil olunur. Paralel olaraq qonşu ölkələrin aidiyyatı idman qurumları ilə təcrübə mübadiləsi aparılır, gənc kadrların zəruri sahələr üzrə lisenziya (fəaliyyət sertifikatı) alması üçün təşkilati dəstək göstərilir.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR