22 Dekabr 2024, Bazar

İkinci dövrənin hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan” futbol komandasının sparinq rəqibləri artıq bəllidir. Bakıda gündə bir dəfə məşq etməklə çempionatın ikinci dövrəsinə hazırlaşan muxtar respublika təmsilçisi burda üç yoxlama görü­şü keçirəcək. Rəqiblərin Premyer-Liqada mübarizə aparan komandalardan olmasını baş məşqçi Əsgər Abdullayev xüsusilə istəyib. Belə ki, komandamızın ilk rəqibi Bakının “Rəvan” klubu olacaq. Baş məşqçisini istefaya göndərən “sığortaçılar” “sükan arxasına” yeni gətirilən türk mütəxəssis Güvənc Kurtarla ilk matçını məhz “Araz-Naxçıvan”a qarşı keçirəcəklər. Oyun yanvarın 12-si, saat 1300-də “Bayıl Arena”da oynanılacaq.
Qırmızı-ağların ikinci rəqibi yenə Premyer-Liqa təmsilçisi “Sumqayıt” futbol komandası olacaq. Gənclik şəhərini təmsil edən komanda ilə oyunumuz isə yanvarın 15-nə təsadüf edəcək. Sumqayıt şəhərində yeni istifadəyə verilmiş arenada baş tutacaq oyunun başlama saatı 1400-dür.
İki rəqibdən fərqli olaraq, sonuncu matç bir qədər çətin rəqibə qarşı olacaq. Belə ki, Premyer-Liqanın güclü rəqiblərindən olan “AZAL”la oyun yanvarın 22-də keçiriləcək. Oyunun başlama saatı dəqiqləşməsə də, bu matçın Şüvəlanda yerləşən “AZAL Arena”da oynanılacağı dəqiqdir. Onu da qeyd edək ki, komandamızın baş məşqçisi Əsgər Abdullayev bir vaxtlar məhz “AZAL”-ın baş məşqçisi olub.
Bu oyunlarda əsas məqsəd futbolçuların fiziki durumunu yoxlamaq və yeni gələnlərin oyun qabiliyyətinə yaxından bələd olmaqdır. Odur ki, bu görüşlərdə baş məşqçi əsas olaraq yeni taktikaların meydanda aşılamasına çalışacaq.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR