27 Aprel 2024, Şənbə

Bakı şəhərində AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün UEFA-nın “B” kateqoriyalı məşqçi kursunun I modulu keçirilir.

Yerli təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov və Vitali Kovolyovun rəhbərlik etdiyi kursda Naxçıvan Futbol Federasiyasının qapıçılarla iş üzrə koordinatoru, eyni zamanda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun qapıçı məşqçisi Amil Ağacanov da iştirak edir. Kurs 5 moduldan ibarət olacaq. Hər ay bir modulu keçiriləcək kursda qapıçı məşqçilərə əlavə olaraq tapşırıqlar veriləcək, praktik və nəzəri məşğələlər təşkil olunacaq. Son modulda isə kurs ərzində keçirilənlərlə bağlı imtahan götürüləcək. İmtahanı uğurla başa vuran məşqçilərə UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyası veriləcək. 

Qeyd edək ki, Amil Ağacanov yanvar ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının dəstəyi ilə Türkiyədə yerli komandaların təlim-məşq toplanışlarına da qatılıb. 10 günlük toplanışda qapıçı məşqçi “Bandırmaspor”, “Bursaspor” və “İstanbulspor”un məşqlərində iştirak edib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR