22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən fevral ayında da gənc­lərlə iş diqqətdə saxlanılmış, onların inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
Ötən ay Gənclər Günü münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər mükafatlandırılmışlar. Gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətən müharibəsi haqqında ətraflı məlumat əldə etməsi, müharibə iştirakçılarını daha yaxından tanıması məqsədilə “Görüş yeri” kafesində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Nizami Gəncəvinin əsərlərinin tanıdılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə “Nizami dünyası” adlı rəsm müsabiqəsi təşkil olunmuşdur.

İntellektual fəaliyyətə cəlb edilmələri, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması məqsədilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında, həmçinin xarici dil öyrənməyə marağın artırılması, keçirilən beynəlxalq yarışlarda muxtar respublika gənclərinin iştirakına zəmin yaradılması, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq edilməsi məqsədilə gənclər arasında ingilis dilində “Xəmsə” milli intellektual oyunları keçirilmişdir. Hesabat ayında tariximizdə müstəsna xidmətləri olmuş şəxslərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə könüllü gənclər tərəfindən “Qəhrəmanlar unudulmur” adlı videoçarxlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
Ötən ay Naxçıvan Futbol Federasiyasının 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə qarşıda duran vəzifələrə dair iclası keçirilmişdir. Muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllim və idmançılarının muzeylərə ekskursiyaları təşkil olunmuşdur. Naxçıvan Şahmat Mərkəzində “Şahmat beyinin gimnastikasıdır!” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında şahmat birinciliyi, Naxçıvan Muxtar Respublika çempionatının seçmə yarışı keçirilmiş, Azərbaycan və Türkiyə şahmatçıları arasında olan onlayn yoldaşlıq görüşündə Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin komandasının iştirakı təmin edilmiş, Azərbaycan, Türkiyə və Pakistan arasında “3 dövlət, tək ürək!” devizi altında Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin komandası ilə onlayn yoldaşlıq görüşü təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn formada keçirilən Azərbaycan-Türkiyə dostluq turnirində Sədərək və Kəngərli Rayon Uşaq-Gənclər Şahmat məktəblərinin komandalarının iştirakı təmin edilmişdir.
Hesabat ayında Babək rayon Nəcəfəlidizə kəndindən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə 4000 metr məsafəyə ekstremal yürüşün təşkil olunması yaddaqalan ən maraqlı tədbirlərdən olmuşdur.
“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq Uzun­oba gölünün ətrafında Təlim-Məşq İdman Kompleksinin tikintisi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR