22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan kubokunda “Simurq” futbol komandasını mübarizədən kənarlaşdıran “Araz-Naxçıvan” futbol komandası çempionat oyununun hazırlıqlarına start verib. Belə ki, futbol üzrə I divizionun 13-cü turu çərçivəsində muxtar respublika klubu “Ağsu” futbol komandasını qəbul edəcək. 34 xalla turnir cədvəlinə başçılıq edən qırmızı-ağlar Şirvan klubu ilə cari mövsümdə bir dəfə qarşılaşıb. Azərbaycan kubokunda komandamıza rəqib olan ağsulular Naxçıvandan əliboş qayıtmışdılar (1:0).
Rüfət Quliyevin baş məşqçisi olduğu “Ağsu” futbol komandası ötən mövsüm çempion olduqdan sonra klub rəhbərliyi komanda heyətindən bir çox futbolçunun gedişinə mane ola bilmədi. Odur ki, göy-ağlar cari mövsümdə bir qədər zəif çıxış təsiri bağışlayırlar. Xüsusilə “Ağsu”nun qərb klublarına qarşı uğursuzluğu diqqətdən yayınmır. 2013-2014-cü illər mövsümünün açılış matçında “Kəpəz”ə doğma arenada 0:5 hesablı məğlubiyyət R.Quliyevin yetirmələrinə mənfi təsir göstərdi. Son 3 turda isə Ağsu təmsilçisi “Qaradağ Lökbatan” məğlubiyyətindən sonra “Turan-T”yə də boyun əyib (0:3), “Şəmkir”in isə müqavimətini qıra bilməyib (1:1). Hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan göy-ağların Naxçıvana oyundan bir gün əvvəl gələcəyi gözlənilir.
Bu matça “Simurq” üzərində qazandığı qələbənin böyük əhval-ruhiyyəsi ilə çıxacaq “Araz-Naxçıvan”ın heyətində zədəli və cəzalı futbolçu yoxdur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək “Araz-Naxçıvan”-“Ağsu” oyunu dekabrın 8-də olacaq. Oyunun başlama vaxtı isə saat 1400-dür.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR