22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında armrestlinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdikləri yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və  Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.
Birincilikdə iki çəkidə 20 idmançı iştirak edib. Yarışda 70+ çəki dərəcəsində Babək rayon paralimpiyaçısı Telman Şirinov birinciliyin qalibi olub. Culfa və Kəngərli  rayonlarının  idmançıları Firudin Həsənov ilə Əzabi Rüstəmov isə ikinci və üçüncü yerləri tutublar. 70– çəkidə isə Babək rayon idmançıları Ramin Fərhadov birinci, Tural Qasımov ikinci və Culfa rayon komandasının üzvü Sərvər Əliyev üçüncü yerlərə layiq görülüblər.
Sonda qalib idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının hədiyyələri, digər idmançılara həvəsləndirici mükafatlar verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR