27-30 noyabr 2013-cü il tarixlərdə Balakən rayonundakı Olimpiya-İdman Kompleksində məktəblilərin VI respublika oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə final yarışı keçirilmişdir. Yarışda muxtar respublikamızın da komandası iştirak etmişdir.
Güləşçilərimizdən 52 kiloqram çəkidə mübarizə aparan Kəramət Əsgərov finala qədər yüksələ bilmişdir. Həlledici mərhələdə bu üstünlüyü əldən verən güləşçimiz yarışın gümüş medalına sahib çıxmışdır. 48 kiloqram çəkidə öz qüvvəsini sınayan Sərdar Əliyev isə yarışda üçüncü yerə çıxaraq mükafatçılar sırasına düşmüşdür. Digər idmançılarımızdan 32 kiloqramda güləşən Bağır Zeynalov da üçüncü yerlə kifayətlənərək bürünc medalla mükafatlandırılmışdır. Komandamız ən yaxşı komanda kimi kuboka layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti