22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Fransanın Şartr şəhərinin “C’Chartres Echecs” Şahmat Klubunun təşkilatçılığı ilə Azərbaycan-Fransa onlayn yoldaşlıq görüşü keçirilib.

Yarışda Fransa şahmat klubu ilə Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin və Şahmat Federasiyasının 16 yaşadək şahmatçıları mübarizə aparıblar.
Hər komandanın heyətində 9 şahmatçının üç saat davam edən mübarizəsində zəka sahiblərinin hər biri iki görüş keçirib. Nəticədə, Culfa şahmatçıları 10:8 hesabı ilə qalib gəliblər.
Qrossmeysterimiz Namiq Quliyevin şərh etdiyi qarşılaşmalar “lichess.org” şahmat platforması oynanılıb.

Şahmat Federasiyası, Sədərək Rayon Təhsil Şöbəsi, rayon Uşaq-Gənclər Şahmat Məktəbi və İzmir “Deha” Satranç Spor Klubunun təşkilatçılığı ilə “Bir millət iki dövlət!” devizi altında “lichess.org” saytı vasitəsilə yoldaşlıq görüşü keçirilib. Keçirilən görüşdə hər komandada 18, ümumilikdə isə 36 müxtəlif dərəcəli şahmatçı mübarizə aparıb. 1 saat 20 dəqiqə davam edən görüşün yekun nəticələrinə əsasən Türkiyə klubu xal hesabı ilə qalib gəlib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər şahmat məktəbinin təşkilatçılığı ilə Kəngərli və Şərur rayon şahmatçıları arasında tempo turniri keçirilib. Yarışda 40 zəka sahibi birincilik uğrunda mübarizə aparıb.
Turnirin yekun nəticələrinə əsasən ümumi yarışda Ayhan Əliyev qalib adını qazanıb. Pərviz Rzayev ikinci, Zahid Allahverdiyev isə üçüncü olub. Müəyyən edilən yaş qruplarında (10, 12, 14 yaş) qızlar və oğlanlar arasında Məhcəbin Rzalı, Sara Rzayeva, Xatun Nəcəfova, Kənan Əlili, Azad Xəlilov və Anar Cəfərli baş mükafata layiq görülüblər.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR