22 Dekabr 2024, Bazar

Dekabrın 18-də Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının ümumi yığıncağı keçirilib.
Ümumi yığıncağın gündəliyi təsdiq edildikdən sonra Atletika Federasiyasının sədri Rəhman Məmmədov qeyd edib ki, muxtar respublikada digər idman növləri kimi atletikanın da inkişafı üçün zəruri şərait vardır. Bu şəraitdən səmərəli istifadə olunması məqsədilə ötən müddət ərzində muxtar respublikada Yüngül Atletika Federasiyası yaradılmışdır. Muxtar respublikada atletikanın digər növləri də inkişaf etdiyindən bu federasiyanın əhatə dairəsinin genişlənməsinə ehtiyac yaranmışdır. Buna görə də federasiyanın təsisçiləri ləğv edilərək “Xatun” Bədii Gimnastika İdman Klubu və Şərur Rayon Ağır Atletika İdman Bölməsinin bazasında Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası yaradılıb.

Federasiya sədri qısa zaman ərzində atletika, ağır atletika və bədii gimnastika, eləcə də atletika sahəsinə daxil olan digər idman növlərinin təbliği, bu idman növlərinə yeniyetmələrin cəlb edilməsi, idman və sağlam həyat tərzinin gənclər və uşaqlar arasında yayılması istiqamətində işlərin sürətləndiriləcəyini bildirib.
Vurğulanıb ki, federasiyanın tərkibinə daxil olan idman növlərinin inkişafı məqsədilə Naxçıvan şəhərində və rayonlarda yerləşən ümumtəhsil məktəblərində 29 atletika, 2 ağır atletika idman klubu, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bədii gimnastika bölməsi yaradılıb, hazırda isə Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində gimnastika bölməsinin və Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə isə ağır atletika idman bölməsinin yaradılması istiqaməsində iş gedir. Rəhman Məmmədov muxtar respublikada uşaq və yeniyetmələrin sağlam ruhda böyüməsi üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra federasiyanın ümumi yığıncağının gündəliyində duran məsələlər müzakirə olunub. Federasiyanın tərkibində edilən dəyişikliklər və müzakirə olunan məsələlərlə əlaqədar qərar layihəsi oxunub. Qərara görə, “Xatun” Bədii Gimnastika İdman Klubu və Şərur Rayon Ağır Atletika İdman Bölməsi İctimai birlikləri Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının yeni təsisçiləri olaraq qeydiyyata alınıb, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının adı Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası adı ilə əvəz olunub, federasiyanın Nizamnaməsi qəbul edilib. İntiqam Rəhimov Federasiyanın sədr müavini seçilib. Federasiyanın İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib. Atletika üzrə kütləviliyin təmin olunması məqsədilə Federasiyanın şəhər və rayon bölmələri yaradılıb, 2021-ci il üçün tədbirlər planı təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR