22 Dekabr 2024, Bazar

Sabah Azərbaycan kubokunun 1/8 final mərhələsində “Araz-Naxçıvan” futbol komandası Zaqatalanın “Simurq” futbol komandasını qəbul edəcək. Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək matçın başlama saatı 1400-dür. Artıq qonaq komanda Naxçıvana gəlib. Sarı-qaraların bu gün oyunun baş tutacağı stadionda məşq edəcəyi gözlənilir.
Son 4 turdur, “Araz-Naxçıvan”ın oyunlarını meydandan izləyən Zaqatala klubunun məşqçiləri son olaraq Mingəçevirdə də oyuna canlı tamaşa ediblər. Məhz bu oyundan sonra komandanın məşqçisi İqor Getman maraqlı açıqlama verib: “Mingəçevirdə “Araz-Naxçıvan” qalib gəlsə də, bütün kartlarını açmadı. Biz “Araz-Naxçıvan”ı güclü rəqib kimi qəbul edirik və bilirik ki, bizi Naxçıvanda asan “gəzinti” gözləmir. Bu  komandanın gücünü bilmək üçün onun baş məşqçisini və heyətini nəzərdən keçirmək kifayətdir.

Komandaların heyətlərinə nəzər yetirsək, hər iki komandada itkilərin olmadığını görərik. Qonaqların heyətində yalnız baş məşqçi Georgi Çixradze bu oyunda yetirmələrinə göstərişlərini verə bilməyəcək. Buna səbəb gürcü çalışdırıcının Azərbaycanı tərk etməsidir. Belə ki, “Pro” kateqoriyalı məşqçilik lisenziyasının müddəti bitən G.Çixradze müddəti artırmaq üçün dekabrın 2-də Ukraynaya gedib. O, Bakıya “Araz-Naxçıvan”la oyun günü – dekabrın 4-də qayıdacaq.
“Araz-Naxçıvan”a gəlincə, “Energetik” üzərində inamlı qələbədən sonra Əsgər Abdullayevin yetirmələri “Simurq”la keçiriləcək oyunun hazırlıqlarına start veriblər. Gündə bir dəfə məşqə çıxan qırmızı-ağların futbolçuları bu görüşə ciddi hazırlaşırlar. Muxtar respublika klubunun heyətində cəzalı və ya zədəli futbolçunun olmaması baş məşqçini sevindirir. Mingə­çevir klubu ilə oyunu buraxan Mikayıl Rəhimov, Fərman Qəmbərov və Əlimirzə Daşzərini bu matçda meydana  çıxacaqlar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR