22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbi ilə İtaliyanın Roma şəhərinin “Ostia Scacchi” Şahmat klubu arasında yoldaşlıq görüşü keçirilib.
Lichess.org saytında onlayn keçirilən görüşdə qrossmeyster, FİDE və beynəlxalq usta şahmaçılar mübarizə aparıb. Yoldaşlıq görüşündə hər zəka sahibinə 90 dəqiqə (5+3) vaxt verilib.
Yekun nəticəyə əsasən muxtar respublikanın şahmat məktəbinin yetirməsi, beynəlxalq usta Toğrul Həsənzadə qalib adını qazanıb. Azərbaycan əsilli italiyalı şahmatçı, beynəlxalq usta Mir­ağa Ağayev ikinci, naxçıvanlı zəka sahibi Sadiq Qarayev isə üçüncü olub.
Qeyd edək ki, Naxçıvan Şahmat Federasiyası qarşıdakı günlərdə beynəlxalq görüşlərin yenidən keçirilməsini planlaşdırıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR