2020/2021 mövsümündə futbol üzrə İspaniya La Liqasında ən çox maaş verən klub "Real Madrid"dir.
Paytaxt təmsilçisinin ödədiyi məvacib 468,5 milyon avrodan çoxdur.
Bu məbləğə futbolçuların, əsas komandanın məşqçilər heyətinin, akademiya və əvəzedici heyətin xərcləri daxildir.
"Barselona"da ümumi maaş 382,7 milyon avro, "Atletiko"da isə 252,7 milyon avrodur.
Əvvəlki mövsümlə müqayisədə "Real Madrid"də maaş 173 milyon avro, "Barselona"da 289 milyon avro, "Atletiko"da isə 96 milyon avro azalıb.