Noyabrın 16-da Naxçıvan şəhərindəki Şahmat Mərkəzində muxtar respublika üzrə şahmat birinciliyi keçirilmişdir. İki qrupda təşkil edilmiş yarışda 100-ə yaxın şahmatçı öz qüvvə və bacarığını sınamışdır. Doqquz turdan ibarət yarışda idmançılar İsveçrə sistemi ilə mübarizə aparmışlar. Birincilikdə oğlanlar arasında Aydın İsmayılov, Pərviz Qasımov, Siyavuş Bağırov, Sadiq Qarayev, Seyid Hüseyn, qızlar arasında isə Qəndab Cəfərli, Aynur Kətanova, Fatimə İsmayılova, Yeganə Əhmədova və Zərrin Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda fəxri yerləri tutmuş şahmatçılara diplomlar verilmişdir. Eyni zamanda birinci yerləri tutmuş idmançılar ölkə üzrə seçmə yarışlarında iştirak etmək hüququnu əldə etmişlər.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti