İngiltərənin "Liverpul" futbol klubu ötən UEFA Çempionlar Liqasının qrup mərəhələsi çərçivəsində Danimarkanın "Midtyuland" klubu ilə qarşılaşmada tarixinin 10 000-ci qolunu vurub.
Bu barədə futbol klubunun rəsmi "Twitter" səhifəsində deyilir.
Məlumata əsasən, klubun tarixinin 10 000-ci qolunun müəllifi portuqaliyalı futbolçu Dioqu Jota olub. Bildirilir ki, 10 000-ci qol klubun 5 753-cü oyununda vurulub.
Qeyd edək ki, ötən gün keçirilən oyunda "Liverpul" rıqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Qrup mərhələsinin növbəti oyununda "Liverpul" İtaliyanın "Atalanta" klubunun qonağı olacaq.