22 Dekabr 2024, Bazar

Dünən Azərbaycan I divizionunun 10-cu turuna start verilib. Bu turda “Araz-Naxçıvan” futbol komandası sabah “MOİK”-in qonağı olacaq. Qırmızı-ağlar artıq  bu gün Bakıya yola düşüblər və Əsgər Abdullayevin komandası oyunun keçiriləcəyi arenada son məşqinə çıxacaq. Muxtar respublika klubunun heyətində zədəli və cəzalı futbolçuların olmaması baş məşqçinin səfərə rahat yollanmasını təmin edib. 21 yaşlılardan ibarət Azərbaycan yığmasına çağırılan qapıçı Emil Balayev qırmızı-ağların düşərgəsinə Bakıda qatılacaq. “Bakılı” ilə görüşdə zədələnərək meydanı tərk edən Mikayıl Rəhimovun isə zədəsi tam sağalıb.
Qeyd edək ki, 10-cu tur çərçivəsində keçiriləcək “MOİK”-“Araz-Naxçıvan” matçı noyabrın 17-də “Bakı” futbol klubunun təlim-məşq bazasının stadionunda keçiriləcək. Saat 1400-də başlayacaq görüşün baş hakimi, FİFA dərəcəli referi Anar Salmanovdur. Ona bu görüşdə Elşən Acalov və Azad Hüseynov köməklik edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Fuad Rəsulzadə yerinə yetirəcək. Hakimlərin oyunu necə idarə etmələrinə hakim-inspektor kimi Aydın Gözəlov qiymət verəcək.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR