22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək idmançılara uğurlar arzulayıblar. Karate-donun şotokan və kontak karate növləri üzrə keçirilən birincilikdə 150 idmançı mübarizə aparıb. 6 yaş qrupunda şotokan növü üzrə keçirilən yarışlarda Salman Hüseynov, Həsən Həsənzadə, Əkrəm Nəcəfov, Mirpaşa Kərimov, Xəzər Əliyev və Cavid Seyidov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kontak növü üzrə 5 yaş qrupunda mübarizə aparan idmançılar arasında isə Tayfun İsmayılov, Eltun Əsgərov, Mikayıl Cəfərov, Rəşad Hüseynli və Fərid Cəfərov qalib adına layiq görülüblər. Fəxri yerləri tutan idmançılara yarışın təşkilatçıları tərəfindən diplomlar verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR