22 Dekabr 2024, Bazar

Muxtar respublika gömrük orqanları arasında növbəti futzal turnirinə start verilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda qalib adı uğrunda 6 gömrük orqanının komandası mübarizəyə qatılıb. Dairəvi sistem üzrə keçirilən oyunlarda nizam-intizamı qorumaq Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimlərinə həvalə olunub.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli gömrükçülər arasında idmanı təbliğ etmək, onların fiziki sağlamlığının qayğısına qalmaq məqsədilə keçirilən yarışların gömrük əməkdaşları arasında qarşılıqlı münasibətlərin inkişafına  müsbət təsir göstərdiyini, onlarda qələbəyə inam, mübarizlik hisslərini artırdığını önə çəkib.

Birinci turda bütün komandalar hərəyə iki görüş keçiriblər. Çempionluğa iddialılardan olan “Sədərək” maksimum nəticəylə öz taleyini əlində saxlamağı bacarıb. Amma nəzərə alaq ki, adıçəkilən komandanın qarşıda hələ iki güclü rəqiblə oyunu qalıb. “Komitə”, “Şahtaxtı” və “Hava Nəqliyyatında Gömrük İdarəsi” komandalarının xal itkisi isə əslində, çempionluq uğrunda mübarizəni daha da qızışdırıb.
İkinci turun oyunları noyabrın 8-i və 9-da keçiriləcək. Bu tur çərçivəsində baş tutacaq “Sədərək”-“Hava Nəqliyyatında Gömrük İdarəsi” və “Şahtaxtı”-“Sədərək” görüşləri çempionluq yolunda bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək. “Komitə” ilə “Şahtaxtı” isə son oyun günündə – noyabrın 15-də üz-üzə gələcək. Qalib komandalar və turnirdə fərqlənən idmançılar Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kubok, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR