22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən keçirilən şəhər və rayon birincilikləri, yoldaşlıq görüşləri davam etdirilir.
Ordubad Rayon Şahmat Məktəbində ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər arasında keçirilən şahmat üzrə rayon birinciliyinə yekun vurulub. Rayon Təhsil Şöbəsi, Şahmat Federasiyasının rayon bölməsi və Gənclər və İdman İdarəsinin təşkil etdiyi birincilikdə 24 məşqçi-müəllim olimpiya sistemi üzrə mübarizə aparıb. Yekunda Elmar Süleymanlı qalib adını qazanıb. Etibar Rzayev ikinci, Lamiyə Məmmədova isə üçüncü olub.

Sədərək Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Şahmat Federasiyasının rayon bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə isə ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllim və şagirdlər arasında birincilik keçirilib. Olimpiya sistemi üzrə keçirilən turnirdə Qələndər Əliyev hamıdan güclü olub. Digər iki pillədə Xaliq Cəfərov və Sənan Rzalı qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.
Federasiya tərəfindən muxtar respublikanı əhatə edən onlayn yay dərsləri zamanı ay ərzində fəal olan şahmatçılar seçilib. Birincidərəcəli şahmatçılar üçün “Zoom” proqramı vasitəsilə beynəlxalq usta Talıb Babayev tərəfindən biraylıq onlayn dərs müddətində verilən tapşırıqları həll edərək ən yüksək xalı Nəsrin Babayeva toplayıb. Sadiq Abbasov bu seçimdə ikinci, Rza Həsənov isə üçüncü olub.
Ötən gün “Evdə qal, şahmat oyna” devizi altında Naxçıvan Şahmat Federasiyasının, Bakının “Grand Master” Şahmat Klubunun, Quba Şahmat Məktəbinin və Hatayın “Şah Şahmat” Klubunun şahmatçıları arasında Lichess portalında yoldaşlıq görüşü də keçirilib. Blits turniri 5+3 vaxt intervalında olmaqla, 90 dəqiqə davam edib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR