22 Dekabr 2024, Bazar

Azərbaycan I divizionunda uğurlu çıxışını davam etdirən “Araz-Naxçıvan” futbol komandası 8-ci tur çərçivəsində noyabrın 3-ü Qusarda “Şahdağ”ın qonağı olacaq. Uzun illərdir, Azərbaycan futbolunda öz dəst-xətti ilə seçilən şimal klubu hazırda çempionatın ən çətin səfər komandası kimi qələmə verilir. Doğma azarkeşi önündə daha inamlı təsir bağışlayan qusarlılar cari mövsümdə uğursuz çıxışları ilə yadda qalıblar. Aktivindəki xalların çoxunu “ev”də qazanan “Şahdağ” hazırda 8 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
“Şahdağ” qırmızı-ağlar üçün yad komanda deyil. Belə ki, “Araz-Naxçıvan” çempionatda çıxış etdiyi dönəmlərdə Qusar təmsilçisi ilə 4 dəfə üz-üzə gəlib. 2000/2001-ci il mövsümündə muxtar respublika klubu qusarlı həmkarları ilə iki dəfə qarşılaşıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” doğma arenada da qələbəni bayram edib – 3:0. 2001/2002-ci il mövsümü də qırmızı-ağlar üçün uğurlu olub. Belə ki, 8-ci pillədə başa vurduğumuz çempionatda “Şahdağ”la keçirilən oyunlarda “sülh” qeydə alınıb – 2:2, 1:1.
Hazırda turnir cədvəlinə başçılıq edən “Araz-Naxçıvan” əgər bu görüşdən 3 xalla ayrılarsa, o zaman çempionatın ilk dövrəsini lider kimi başa vurmaq ehtimalı artacaq.
Şövkət Orduxanov adına Qusar Şəhər Stadionunda keçiriləcək matç 8-ci turun mərkəzi görüşü hesab olunur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR