07 May 2024, Çərşənbə axşamı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Dünən bu mərhələdə sonuncu görüş keçirilib. Naxçıvan Dövlət Universitetinin komandası “Aralıq” komandası ilə üz-üzə gəlib. İlk iki hissəsi gərgin keçən görüşün taleyinə son 12 dəqiqədə aydınlıq gəlib. Belə ki, tələbələr oyunun gedişatında dönüş yaradaraq meydanı 4:2 hesablı qələbə ilə tərk ediblər.

Bu nəticələrdən sonra yarımfinala yüksələn komandalar məlum olub. Finala gedən yolda azarkeşlər “Şahinlər”-“Badamlı” və “Panter”-NDU oyununa şahidlik edəcəklər.

 Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR