22 Dekabr 2024, Bazar

Avqustun 23-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün final görüşü keçirilib.

Turnirin həlledici görüşündə “Bavariya” (Almaniya) və “Paris Sen-Jermen” (Fransa) klubları üz-üzə gəlib.

Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luş" stadionunda keçirilən görüş “Bavariya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın birinci hissəsinində hər iki komandanın təhlükəli vəziyyəti olsada hesab açılmayıb.

Oyunun ikinci hissəsinə daha üstün başlayan Münxen təmsilçisi 59-cu dəqiqədə hesabı açıb. Coşua Kimixin cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbəsi vuran Kirsli Koman komandasına vacib qələbə gətirib.

Qalan dəqiqələrdə hesab dəyişilməyib.

 Qeyd edək ki, bu oyun komandaların avrokuboklarda 9-cu dueli olub. “Paris Sen-Jermen” və "Bavariya" indiyədək UEFA Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münxenlilər qələbə qazanıb. “Paris Sen-Jermen”nin 12 qoluna, "Barvariya" 11 topla cavab verib.

Paris təmsilçisi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin finalında oynayıb. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olub.

Bu günə kimi beş dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münxen təmsilçisi 6-cı kubokunu qazanaraq "Liverpul" klubu ilə bu titula görə bərabərləşib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR