20 May 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə XII muxtar respublika futbol çempionatında dördüncü turun oyunlarına yekun vurulmuşdur.
“Batabat” öz meydanında “Dübəndi”ni  qəbul etmişdir. İlk oyun ev sahibinin 4:1 hesablı qələbəsilə başa çatmışdır. İlk görüşdən özünü ciddi rəqib kimi göstərən “Araz-2”  komandası 4-cü turda “Kəngərli”ni 4:1 hesabı ilə məğlub etmişdir. Növbəti qarşılaşmada  “DİN FK”  “Əlincə”nin qapısından 5 cavabsız top keçirmişdir. Bu turda “Babək” “Sədərəy”ə 3:1 hesabı ilə qalib gəlməyi bacarmışdır. “Universitet”-“Arpaçay” arasındakı sonuncu oyun tələbə futbolçuların 5:0 hesablı üstünlüyü ilə yekunlaşmışdır.

IV turdan sonra turnir cədvəlindəki vəziyyət aşağıdakı kimidir:

Birinci turda təxirə salınmış “Araz-2”-“Əlincə” oyunu keçirilmişdir. “Araz-2” futbolçuları 4:3 hesabı ilə qalib gəlmişlər.
Hesabat turunda futbolçulara 11 sarı və 2 qırmızı vəsiqə göstərilmişdir. Oyunlarda qapılara 24 qol vurulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR