Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının həvəskar gəncləri arasında Naxçıvan Muxtar Respublikasında Hava və Ekstremal İdman Növlərinin tanıdılması və inkişaf etdirilməsi, kütləviliyinə nail olunması məqsədi ilə 30 iyul 2020– ci il tarixdə Naxçıvan şəhəri Sahil Parkında velosiped idman yarışı üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.
16 yaşından yuxarı gənc oğlanlar arasında keçirilən yarışda 40-dan çox idmançı iştirak etmişdir.Yarışın nəticələrinə əsasən Kəngərli rayon təmsilçisi Abdullayev Süleyman I yerə, Babək rayon təmsilçisi Məhərrəm Çingizoğlu II yerə, Culfa rayon təmsilçisi Qasımov Zeynal III yerə layiq görülmüşlər. Qaliblər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının diplom, fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.