10-13 oktyabrda Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə respublika seçim turnirinin final mərhələsi keçirilib. Yeniyetmə (1997-1998-ci illər təvəllüdlü) və gənclərin (1994-1996-cı illər təvəllüdlü) mübarizə apardığı turnirə muxtar respublikamızın da idmançıları qatılıblar. 63 kiloqram çəki dərəcəsində öz qüvvəsini sınayan sərbəst güləşçimiz Təbriz Məmmədov ən yüksək nəticəni göstərib. Digər idmançımız Rüfət Güləliyev isə 76 kiloqramda yunan-Roma güləşi üzrə bürünc medal qazanıb. Yer tutan idmançılarımız medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilərək beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti